İranda gənc cütlük etirazlar zamanı ÖLDÜRÜLDÜ - FOTO

İranda gənc cütlük etirazlar zamanı ÖLDÜRÜLDÜ - FOTO

Hazırda oxunan: İranda gənc cütlük etirazlar zamanı ÖLDÜRÜLDÜ - FOTO

593876

Tehranın şərqində  keçirilən etiraz aksiyaları zamanı bir ailə faciə ilə üzləşib. Yerli mənbələrin məlumatına görə, Məryəm və Məcid Salehi adlı ər-arvad İslam Respublikası təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində həyatlarını itirib.

Bizim.Media xəbər verir ki, cütlük aksiyada dinc şəkildə iştirak edib və hadisə zamanı birbaşa güllə yarası alıb. Hadisə şahidlərinin sözlərinə görə, təhlükəsizlik qüvvələri etirazçıları dağıtmaq məqsədilə xəbərdarlıq etmədən atəş açıb.
 

Bu olay yanvar ayında İranın müxtəlif şəhərlərində baş verən və “qanlı yanvar etirazları” adlandırılan hadisələr zamanı mülki əhaliyə qarşı tətbiq edilən zorakılığın nümunələrindən biri kimi qiymətləndirilir.


Hüquq müdafiəçilərinin bildirdiyinə görə, bu repressiyalar nəticəsində onlarla ailə dağılıb, minlərlə insan həbs edilib və çoxsaylı mülki vətəndaş həyatını itirib. (Iran Wire)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO