Gürcüstanda Xocalı soyqırımı ilə bağlı konfrans keçiriləcək

Gürcüstanda Xocalı soyqırımı ilə bağlı konfrans keçiriləcək

Hazırda oxunan: Gürcüstanda Xocalı soyqırımı ilə bağlı konfrans keçiriləcək

59386

“Üçüncü Sektor” İctimai Birliyi (İB) Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 12 fevral 2022-ci il tarxidə Tbilisi şəhərində “Xocalı soyqırımı-30 beynəlxalq konfrans” adlı konfrans keçiriləcək.

Bizim.Media xəbər verir ki, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində keçiriləcək Xocalı soyqırımı-30-cu il dönümü ilə bağlı konfransda Gürcüstanın tanınmış politoloqları, ekspertləri, QHT və media rəhbərləri ilə yanaşı, Gürcüstanda yaşayan soydaşlarımız da iştirak edəcək.
 

MÖVZU İLƏ BAĞLI:

Xocalı soyqırımına HAZIRLIQ  başladı – Rəsmi AÇIQLAMA


Konfransın məqsədi 26 fevral 1992-ci ildə ermənilərin Xocalıda törətdikləri soyqırımı dost və qardaş Gürcüstan ictimaiyyətə çatdırmaq,

Xocalı soyqırımınının bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilməsində dost və qardaş gürcü xalqının da təşəbbüskar olmasına çalışmaq, eyni zamanda Xocalı faciəsi tarixi yaddaşlardan heç vaxt silinməyən Xatın, Liditsa, Oradur, Xolokost, Sonqmi, Ruanda və Srebrenitsa kimi dəhşətli faciələrdən heç də fərqlənmədiyini dünya ictimayyətinə bir daha çatdırmaqdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO