Silahlı hücum zamanı ölü rolunu oynadı - DETALLAR - FOTO

Silahlı hücum zamanı ölü rolunu oynadı - DETALLAR - FOTO

Hazırda oxunan: Silahlı hücum zamanı ölü rolunu oynadı - DETALLAR - FOTO

593226

Ankarada konteynerdə baş verən silahlı soyğun zamanı anası Kezban Demircini itirən və nəfəsini saxlayaraq ölü rolunu oynayıb sağ qalmağı bacaran Nazif Demirci 5 əməliyyat keçirib. 6 ay davam edən müalicədən sonra o, qoltuqaltı ağaclarla ayağa qalxıb və yenidən dərsə başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə “haberler.com” saytı yazıb.

Hadisə 9 iyul tarixində baş verib. Nazif Demirci anası Kezban Demirci ilə birlikdə maskalı üç nəfərin ov tüfəngi ilə hücumuna məruz qalıb. Hücum nəticəsində Kezban Demirci həyatını itirib, Nazif isə sağ ayağından ağır yaralanıb.

Nazif hücum zamanı nəfəsini saxlayaraq ölü rolunu oynayıb və hücum edənlərin konteynerdən çıxmasını gözləyib. Konteynerdə qızıl axtaran şübhəlilər heç nə tapmayaraq hadisə yerindən uzaqlaşıblar.
 

Aparılan araşdırmalar nəticəsində hücum edən şəxslərdən birinin ailənin kürəkəni Hamza Özdilin qardaşı İsmail Özdil olduğu müəyyən edilib. Məlum olub ki, şübhəlilər ailədə qızıl olduğunu öyrəndikdən sonra 3 gün pusquda gözləyiblər və ailə başçısı evdən çıxan kimi hücumu həyata keçiriblər.


Hadisədə kürəkən Hamza Özdilin də məlumatlı olduğu və soyğunu təsdiqlədiyi bildirilib. Nəticədə 4 nəfər saxlanılaraq həbs edilib. Hadisədən sonra Nazif Demirci 5 dəfə əməliyyat olunub, onların 4-ü yüksək riskli olub. Hazırda fiziki reabilitasiya mərhələsindədir və gündəlik xəstəxanaya gedir.

Nazifin bacısı Şerife Özdil bildirib ki, o, hadisədən sonra içinə qapanıb:

“Qardaşım özünü əvvəlki kimi ifadə edə bilmir, psixoloji travma yaşayır.”

Şerife Özdil həm həyat yoldaşının cinayətlə bağlı həbs edildiyini, həm də təhlükəsizlik qorxusu yaşadığını bildirib. O, iki azyaşlı övladı ilə birlikdə boşanma iddiası qaldırdığını deyib:

“Mənim və uşaqlarımın həyatı təhlükədədir. Onların ən ağır cəzanı almasını istəyirik. Annama və qardaşıma bunu edənlər mənə də istədiklərini edərlər”.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO