“Paşinyan mart ayında Türkiyəyə gedəcək” - Keçmiş erməni deputat 

“Paşinyan mart ayında Türkiyəyə gedəcək” - Keçmiş erməni deputat 

Hazırda oxunan: “Paşinyan mart ayında Türkiyəyə gedəcək” - Keçmiş erməni deputat 

59306

“Nikol Paşinyan hazırda xəbəri olmasa da, mart ayında Türkiyəyə səfər edəcək”.

Bizim.Media xəbər verir ki, bunu “Aravot” nəşrinə müsahibəsində Ermənistan parlamentinin keçmiş deputatı Naira Zöhrabyan deyib.

“Sizi əmin edirəm ki, Paşinyan bu barədə hazırda ona və qərargahına məlumat verilməsə belə, martda Türkiyəyə gedəcək.

Faciə ondadır ki, Ermənistan artıq öz xarici siyasət proqramını müəyyən etmir və faktdan sonra bizə sadəcə olaraq qəbul edilən qərarlar barədə məlumat verilir. Türkiyədə isə müzakirə olunacaq gündəm çox sadədir: Türkiyə ilə diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması, təbii ki, Türkiyənin bir sıra ilkin şərtlər paketi ilə”, - eks-deputat bildirib.

Jurnalistin səfirlərin Moskvadakı ilk görüşündən sonra Ermənistan və Türkiyə tərəflərinin münasibətlərin normallaşması üçün gündəmdə heç bir ilkin şərtin olmadığını bildirməsi ilə bağlı sözlərinə cavab olaraq Zöhrabyan “bu, yalandır” cavabını verib. 

“Türkiyə məlum ilkin şərtlərinə daha iki ilkin şərt əlavə edib. Əsas ilkin şərtlərdən biri Qarabağ probleminin həllidir, çünki Ərdoğan bu problemi artıq həll olunmuş hesab edir.

Türk elitasının gündəmə gətirdiyi iki ilkin şərtlər bunlardır: birincisi, Zəngəzur dəhlizi məsələsi problemsiz həll olunmalı, yerüstü əlaqə həyata keçirilməlidir. İkincisi, Türkiyə-Amerika münasibətlərinə müdaxilə etdiyi Amerika ermənilərinə təzyiq göstərmək lazımdır. “Soyqırım” ideyası da Amerikanın siyasi gündəmindən çıxarmalıdır.

Düzünü desək, indi kimsə 2009-cu ildə türklərlə danışıqlar apararkən Serj Sarkisyan və Edvard Nalbandyanın etdiklərindən artığını düşünə bilərmi? Əlbəttə yox. Lakin Türkiyə tərəfi qəbuledilməz ilkin şərtlər irəli sürərək, razılaşdırılmış sənədi ratifikasiya etməkdən imtina edib.
İndi əsasən Qarabağ məsələsi onlar üçün artıq həll olunub. Bu gündəm çərçivəsində Türkiyə ilə diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması nəzərdə tutulub”, - Zöhrabyan bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO