Qarabağda yaşayan 10 erməni öz istəkləri ilə Ermənistana köçürülüb.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyan sosial şəbəkə hesabında məlumat verib.
Nazirin sözlərinə görə, Qarabağda yaşayan həmin 10 erməni, eləcə də rus milliyyətinə mənsub bir Ermənistan vətəndaşı müvafiq qurumlara müraciət edərək Ermənistan Respublikasına köçürülmələrini xahiş ediblər.
“Bu günə qədər Qarabağda (Azərbaycan Respublikası) yaşayan 10 erməni və rus milliyyətindən olan bir Ermənistan vətəndaşı Azərbaycan və Ermənistanın aidiyyəti orqanlarına müraciət edərək Ermənistana köçmək istədiklərini bildiriblər. Müraciətlər əsasında həmin şəxslər Ermənistan Respublikasına köçürülüb”, – deyə Arsen Torosyan yazıb.

Bizim.Media































































































