Tehranda hakimiyyətə dəstək məqsədilə mitinq keçirilir.
Bizim.Media xəbər verir ki, bu barədə ölkə mətbuatında video görüntülər yayılıb.
Mitinq zamanı ABŞ-ın keçmiş prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahunun fotoları yandırılır.
Qeyd edək ki, dekabrın sonlarından etibarən İranın müxtəlif şəhərlərində genişmiqyaslı nümayişlər keçirilir. Etirazçılar hökumət əleyhinə şüarlar səsləndirirlər və yaşayış şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.
Hökumət qüvvələri etirazçılara qarşı odlu silahlardan istifadə edib. Nəticədə yüzlərlə nümayişçinin öldürüldüyü bildirilir.
Bizim.Media



































































































