İstanbulda partlayış: Yaralananlar var

İstanbulda partlayış: Yaralananlar var

Hazırda oxunan: İstanbulda partlayış: Yaralananlar var

590197

Türkiyədə İstanbulun Zeytinburnu rayonundakı yaşayış kompleksində baş vermis partlayış təşvişə səbəb olub.

Bizim.Media "Sabah"a istinadən xəbər verir ki, kompleksin girişindəki karqo qəbulu məntəqəsinə çatdırılan bağlama qısa müddət sonra naməlum səbəbdən partlayıb.
 

Hadisə nəticəsində iki nəfər yüngül xəsarət alıb. Onlara yerində ilkin tibbi yardım göstərildikdən sonra təcili yardımla xəstəxanaya aparılıblar. Yaralıların vəziyyətinin yaxşı olduğu bildirilib.


Partlayışın baş verdiyi ərazinin ətrafı təhlükəsizlik lenti ilə əhatəyə alınıb və polis ərazidə araşdırmaya başlayıb. Partlayışın dəqiq səbəbi texniki araşdırmadan sonra müəyyən ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO