Arakçı ailəsi ilə birgə Livana qaçdı

Arakçı ailəsi ilə birgə Livana qaçdı

Hazırda oxunan: Arakçı ailəsi ilə birgə Livana qaçdı

589968

İranın xarici işlər naziri Abbas Arakçının ailə üzvləri ilə birlikdə Livana getdiyi və onların ölkədə qeyri-müəyyən müddətə qalacağı açıqlanıb.

Bizim.Media xəbər verir ki, İraq əsilli livanlı jurnalist və tədqiqatçı Hüseyn Əbdül Hüseyn "X" sosial şəbəkəsində paylaşdığı məlumatda bildirib ki, Arakçı ailəsini Livana səfəri zamanı özü ilə aparıb.

Onun sözlərinə görə, İranın Livandakı səfiri ilə bağlı da oxşar məlumat mövcuddur və səfirin ailəsinin də hazırda Livanda olduğu deyilir.
 

Jurnalist qeyd edir ki, Arakçı, həyat yoldaşı Arzu Əhmədvənd, qızı Sadat və iki oğlu — Seyidhüseyn və Seyidrza ilə birlikdə Beyruta gəlib. Ailənin Livandakı İran diplomatlarına məxsus şəxsi evlərdə yerləşdirildiyi və qalma müddətinin qeyri-müəyyən olduğu bildirilir.


Əbdül Hüseyn paylaşımında İranın ali rəhbəri Əli Xameneinin mümkün hərəkət istiqamətinə də toxunaraq bildirib ki, onun Moskvaya getməsi ehtimalı azdır.

Jurnalistin fikrincə, Xameneinin mümkün təyinat yeri Beyrut ola bilər. (Unikal.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO