İran Mərkəzi Bankının sədrindən sonra müavini də istefa VERDİ

İran Mərkəzi Bankının sədrindən sonra müavini də istefa VERDİ

Hazırda oxunan: İran Mərkəzi Bankının sədrindən sonra müavini də istefa VERDİ

589501

İran Mərkəzi Bankında növbəti istefa qeydə alınıb. Bankın valyuta məsələləri üzrə sədr müavini Əlirza Gəçpəzzadə vəzifəsindən istefa verib.

Bizim.Media “Javan Online” nəşrinə istinadən xəbər verir ki, İran Mərkəzi Bankının sədri Əbdünnasir Hemməti Gəçpəzzadənin istefa ərizəsini qəbul edib.
 

O, Mərkəzi Bankın keçmiş baş direktoru Məhəmməd Rza Fərzinin rəhbərliyi dövründə valyuta əməliyyatları üzrə müavin vəzifəsinə təyin olunmuşdu.


Xatırladaq ki, ötən həftə Mərkəzi Bankın sədri Məhəmməd Rza Fərzin də vəzifəsindən istefa verib. Ardıcıl istefalar ölkədə maliyyə və valyuta siyasəti ətrafında yaranmış gərginliyi daha da artırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO