Dünən İranda gecə saatlarında bir sıra şəhərlərdə etirazlar davam edib.
Bizim.Media xəbər verir ki, etirazçılar Kərəcdə İslam Şəhər Şurasının binasını yandırıblar.
Həmin bölgədə toplaşan gənclər şəhərin müxtəlif nöqtələrində İslam Respublikasına məxsus bannerləri, rəsmi simvolları və bayraqları endiriblər.
Fars əyalətinin Neyriz şəhərində keçirilən etiraz mitinqinə təhlükəsizlik qüvvələri tərəfindən gözyaşardıcı qaz atıldığına dair videolar paylaşılıb. Qəzvin əyalətinin Əlvənd bölgəsində isə çoxsaylı etirazçının küçələrə çıxdığı görünür.
Nümayişçilər “Qəzza, Livan və İran üçün canımı fəda etmərəm!” şüarları səsləndiriblər.
Tehranın Naziabad məhəlləsində də sakinlər küçələrə çıxaraq “Diktatora ölüm olsun!” şüarları ilə etiraz ediblər.
Kermanşahda isə repressiv qüvvələr etirazçıların qarşısında cərgə halında düzülərək aksiyaların qarşısını almağa çalışıblar.
Bizim.Media

































































































