İqtisadi və siyasi narazılıqlar fonunda davam edən kütləvi etirazlar zamanı iranlı etirazçılar İlam əyalətinin Abdanan və Malekşahi şəhərlərini faktiki olaraq nəzarətə götürüblər.
MÖVZU İLƏ BAĞLI:
İranda GƏRGİNLİK ARTIR - Etirazçılar SEPAH-a məxsus texnikaları yandırdılar – VİDEO
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Fox News” telekanal İran Milli Müqavimət Şurasının nümayəndələrinə istinadla yayıb.
“Məhz bu gün İranın qərbində yerləşən iki şəhərdə mühüm hadisə baş verib və həmin şəhərlər faktiki olaraq etirazçıların nəzarətinə keçib”, – deyə mənbə Fox News-a açıqlamasında bildirib.
Qeyd olunur ki, dekabrın sonlarında İranda milli valyutanın kəskin ucuzlaşması fonunda etirazlar başlayıb. Aksiyalar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi – o cümlədən gözyaşardıcı qaz və pnevmatik silahların tətbiqi ilə müşayiət olunub. Etirazlar ölkənin 25 əyalətində 60-dan çox şəhəri əhatə edib.
Ən iri aksiyalar Tehranda keçirilir, ən sərt toqquşmalar isə ölkənin qərb və cənub-qərb bölgələrində – Malekşahi, Kermanşah və Lordeqan şəhərlərində qeydə alınıb.
İranın ali rəhbərinin müşaviri Əli Şamxani isə bildirib ki, İrana qarşı istənilən təcavüz dərhal sərt cavabla nəticələnəcək. Onun sözlərinə görə, respublikanın müdafiə doktrinasında “bəzi cavab tədbirləri hələ təhdid reallaşmamışdan əvvəl müəyyən edilir”.
Bizim.Media

































































































