Gürcüstan son bir neçə gün ərzində ölkədə miqrasiya qanunvericiliyini pozaraq yaşayan 13 əcnəbini deportasiya edib.
Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatında deyilir.
Bildirilir ki, Gürcüstandan deportasiya olunan şəxslər Azərbaycan, Türkmənistan, İran, Kuba, Türkiyə və Tailand vətəndaşlarıdır.
Ümumilikdə son bir il ərzində ölkədən 1311 qanunsuz miqrantın çıxarıldığı vurğulanıb. Mövcud qanunvericiliyə uyğun olaraq, həmin şəxslərin ölkəyə girişi qadağan edilib.
Bizim.Media

- A-
- A
- A+
Region
08:43 / 07.01.2026
Azərbaycanlılar bu ölkədən deport olundu
Hazırda oxunan: Azərbaycanlılar bu ölkədən deport olundu
Hazırda oxunan: Azərbaycanlılar bu ölkədən deport olundu
589383
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































