Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan II Qaregini kəskin tənqid edərək bildirib ki, onun bəyanatları və hərəkətləri heç bir əhəmiyyət kəsb etmir.
Bizim.Media xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
“Ktiriç Nersisyan (II Qaregin) Ermənistan əvəzinə başqa bir ölkəni seçdiyi, erməni xalqı ilə onu talayanlar arasında isə talançıları üstün tutduğu andan etibarən o, caniyə çevrildi. Əsl caniyə. Bu səbəbdən nə onun bəyanatları, nə də hərəkətləri hər hansı əhəmiyyət daşıyır.
Hesab edirəm ki, əgər o, tövbə etməsə və bu zorakılığı davam etdirsə, onu sadəcə fəxri istirahətə göndərmək yox, həm də Erməni Apostol Kilsəsindən tamamilə uzaqlaşdırmaq və iman xaini kimi həbs etmək lazımdır”, — deyə Rubinyan bildirib.
Bizim.Media


































































































