Gürcüstanda ata-oğul öz zərgərlik mağazalarında güllələnib - FOTO-VİDEO

Gürcüstanda ata-oğul öz zərgərlik mağazalarında güllələnib - FOTO-VİDEO

Hazırda oxunan: Gürcüstanda ata-oğul öz zərgərlik mağazalarında güllələnib - FOTO-VİDEO

589018

Marneuli bazarında güllələnərək öldürülən azərbaycanlının kimliyi məlum olub.

Bizim.Media Gürcüstan mətbuatına istinadən xəbər verir ki, aldığı güllə xəsarətlərindən ölən şəxsin 27 yaşlı Sahib Bayramov olması müəyyənləşdirilib.

Hadisəni törədən şəxsin görüntüləri də yayılıb. Onun əlində tapança ilə qızıl mağazasına doğru irəliləməsi görüntülərdə əks olunub.
 

Xatırladaq ki, dünən Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun mərkəzi bazarında atışma baş verib, ata və oğlu güllələnib. Silahlı insident qızıl mağazasında qeydə alınıb.


Ağır yaralanan 27 yaşlı azərbaycanlı gənc xəstəxanada ölüb. Atasının vəziyyəti stabil ağır kimi qiymətləndirilir.

Ata-oğulun özlərinə məxsus zərgərlik mağazasında güllələndikləri bildirilir.

Hadisəni törədərək oradan qaçan şəxsin kimliyi araşdırılır. (Qafqazinfo.az)
 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO