Jirinovskinin Venesuela ilə bağlı illər əvvəl dedikləri yenidən GÜNDƏM OLDU – VİDEO

Jirinovskinin Venesuela ilə bağlı illər əvvəl dedikləri yenidən GÜNDƏM OLDU – VİDEO

Hazırda oxunan: Jirinovskinin Venesuela ilə bağlı illər əvvəl dedikləri yenidən GÜNDƏM OLDU – VİDEO

588754

Rusiyalı siyasətçi Vladimir Jirinovskinin illər əvvəl Venesuela ilə bağlı dedikləri yenidən gündəmə gəlib.

Bizim.Media xəbər verir ki, Jirinovki “Vladimir Solovyovla axşam” verilişinin qonağı olarkən Rusiya və ABŞ arasında mümkün əməkdaşlıq ssenarisi ilə bağlı fikirlərini bölüşüb.
 

O bildirib ki, Donald Tramp 2020-ci il prezident seçkiləri zamanı Rusiyadan dəstək istəsəydi, qələbə qazana bilərdi.


Jirinovskinin sözlərinə görə, belə bir ssenaridə Rusiya Ukrayna məsələsində, öz ifadəsi ilə desək, “düzgün” mövqe tuta bilərdi, Tramp isə diqqətini Venesuelaya yönəldərdi.

“Tramp Venesuelanı alır, biz isə Ukraynanı”, – deyə Jirinovski həmin vaxt qeyd edib.

Xatırladaq ki, bu gün ABŞ Silahlı Qüvvələri Venesuela ərazisində əməliyyatlara başlayıb.

Əməliyyat çərçivəsində bir sıra hərbi və strateji obyektlərə zərbə endirilib.
 

Bundan əlavə, ABŞ Prezidenti Donald Tramp Maduronun həyat yoldaşı ilə birlikdə ələ keçirilərək ölkədən çıxarıldığını elan edib.


Qeyd edək ki, Jirinovski 2022-ci ilin aprelində COVİD-19-a yoluxduqdan sonra həyatını itirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO