Türkiyədə uşaqların sosial şəbəkələrə girişi QADAĞAN EDİLƏCƏK

Türkiyədə uşaqların sosial şəbəkələrə girişi QADAĞAN EDİLƏCƏK

Hazırda oxunan: Türkiyədə uşaqların sosial şəbəkələrə girişi QADAĞAN EDİLƏCƏK

588752

Türkiyədə 15 yaşadək olan vətəndaşlarının sosial şəbəkələrə və oyun platformalarına girişi qadağan ediləcək.
 

MÖVZU İLƏ BAĞLI: 

Avstraliyada 16 yaşdan aşağı uşaqlar üçün sosial media qadağan edildi – VİDEO


Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş yerli televiziya kanallarından birinin efirində məlumat verib.

Nazirin sözlərinə görə, sosial şəbəkə istifadəçilərindən şəxsiyyət vəsiqəsinin nömrəsinin daxil edilməsi və bunun ardınca təsdiqləmə tələb olunacaq.
 

“Biz artıq uşaqların və yeniyetmələrin “kommersiya obyekti” kimi istifadəsinə yol verməyəcəyik. Məktəblilər internetdən asılı vəziyyətə düşürlər ki, bu da təhsildə müvəffəqiyyətə təsir göstərir. Sosial şəbəkələr çox vaxt uşaqları stress vəziyyətinə salır”, – deyə nazir bildirib və qeyd edib ki, yenilik 2026-cı ilin yanvar ayının sonundan tətbiq ediləcək.


Xatırladaq ki, daha əvvəl Avstraliyada azyaşlıların sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulub. Bundan əlavə, Fransa da sentyabrdan etibarən oxşar addımı atmağı planlaşdırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO