PUA-nın hədəfi Putinin iqamətgahı olub - Rusiya yeni faktlar AÇIQLADI

PUA-nın hədəfi Putinin iqamətgahı olub - Rusiya yeni faktlar AÇIQLADI

Hazırda oxunan: PUA-nın hədəfi Putinin iqamətgahı olub - Rusiya yeni faktlar AÇIQLADI

588511

29 dekabr tarixində Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının hücumunun hədəfi Novqorod yaxınlığında yerləşən Rusiya Prezidenti Vladimir Putinin iqamətgahına aid obyektlərdən biri olub.
 

MÖVZU İLƏ BAĞLI: 

Ukrayna ordusu Rusiyaya PUA-larla hücum etdi - Ölən və yaralananlar var


Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya kəşfiyyat orqanları Novqorod vilayətində vurulmuş Ukrayna PUA-larından birinin uçuş missiyasını deşifrə ediblər. Belə ki, PUA Putinin iqamətgahına doğru uçub.

Nazirliyin açıqlamasında bildirilir ki, 29 dekabr 2025-ci il gecəsi Novqorod vilayətinin hava məkanında vurulan Ukraynaya məxsus pilotsuz uçuş aparatlarından birinin naviqasiya sistemi blokuna xüsusi texniki ekspertiza aparılıb.
 

Ekspertiza zamanı Rusiya xüsusi xidmət orqanlarının nümayəndələri aparatın yaddaşına yüklənmiş uçuş tapşırığı faylını əldə ediblər. Məlumata görə, yüklənmiş uçuş missiyasını ehtiva edən fayl zədələnmiş dronlardan birinin naviqasiya bölməsinin xüsusi texniki müayinəsi zamanı aşkar edilib.


Rusiya Müdafiə Nazirliyi həmçinin bildirib ki, Ukraynaya məxsus PUA-lardan birinin idarəetmə blokundan əldə olunan ekspertiza materialları müəyyən edilmiş kanallar vasitəsilə ABŞ tərəfinə təqdim ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO