Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv etdi

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv etdi

Hazırda oxunan: Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv etdi

588508

Türkiyə Çin vətəndaşları üçün viza tələbini birtərəfli qaydada ləğv edib.

Bizim.Media Çin mediasına istinadla xəbər verir ki, yanvarın 2-dən qüvvəyə minəcək qərara əsasən Çin vətəndaşları ümumvətəndaş pasportu ilə turizm və tranzit məqsədilə Türkiyəyə vizasız səyahət edə biləcəklər. Onlar 180 günlük zaman intervalında 90 günədək Türkiyədə qala bilərlər.

Qeyd edək ki, Türkiyəyə səyahət edən xarici turistlər arasında çinlilərin sayında böyük artım var.

2024-cü ildə Türkiyəyə səfər edən Çin turistlərinin sayı əvvəlki illə müqayisədə 65 faiz çoxalaraq 410 min nəfərə çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO