İranın Fars əyalətinin Fəsa şəhərində hökumət binalarına hücumdan sonra vəziyyət gərginləşib.
Bizim.Media “Azad İran” telegram kanalına istinadla xəbər verir ki, təhlükəsizlik qüvvələri valilik binası ətrafında toplaşan etirazçılara atəş açıb.
Şahidlərin bildirdiyinə görə, etirazlar qısa müddətdə genişlənib və təhlükəsizlik qüvvələri sərt müdaxilə edib. Hadisə zamanı 18 yaşlı Mehdi Səmvatinin həyatını itirdiyi bildirilir.
Şəhərdə vəziyyət gərgin olaraq qalır. Rəsmi qurumlar hələlik hadisə ilə bağlı ətraflı açıqlama verməyib.
Bizim.Media

































































































