WhatsApp Rusiyada tam bloklanacaq?

WhatsApp Rusiyada tam bloklanacaq?

Hazırda oxunan: WhatsApp Rusiyada tam bloklanacaq?

587171

Rusiyada WhatsApp messencerinin tam bloklanması yaxın günlərdə baş verə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Roskomnadzor yayıb.

Mənbə qeyd edir ki, tətbiq tərəfindən Rusiya qanunvericiliyinin pozulması halları davam etdiyi üçün mərhələli məhdudiyyətlər tətbiq olunur və növbəti addım tam bloklama olacaq.
 

Məlumata görə, artıq avqust ayından etibarən zənglərin keyfiyyəti pisləşib, dekabrın 1-i və 22-də isə minlərlə istifadəçi tətbiqin işləməməsindən şikayət edib.


Kibertəhlükəsizlik üzrə ekspert Aleksey Rayevski qeyd edib ki, WhatsApp son vaxtlar faktiki olaraq zəif işləyirdi və bu, istifadəçilərin alternativ messencerlərə alışması üçün keçid dövrü idi.

Onun sözlərinə görə, xüsusi hazırlığa ehtiyac yoxdur — yazışmalar və məlumatlar tətbiqdə qalacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO