Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin ölkə sərhədini qanunsuz keçməsi ilə bağlı növbəti məhkəmə iclası baş tutub.
Bizim.Media xəbər verir ki, sabiq prezident məhkəmədə bir sıra maraqlı açıqlamalar verib.
O qeyd edib ki, ölkənin böyük şəhərlərindən olan Rustavinin bələdiyyə məclisi artıq müxalifətin nəzarətindədir və bu proses digər şəhərləri də əhatə edəcək:
MÖVZU İLƏ BAĞLI:
Saakaşvili bu şəxslərdən ÜZR İSTƏDİ: "Heç istəməzdim..."
"Gürcüstandakı siyasi proseslər mənim buraya gəlməyimdən sonra təmamilə dəyişdi. Heç vaxt önəmli olmayan yerli seçkilər bu dəfə önəm qazandı. Üç gün əvvəl böyük şəhərlərdən biri olan Rustavini ələ keçirdik. Yaxın vaxtlarda Batumini, Zuqdidini də ələ keçirəcəyik. Bu o deməkdir ki, ölkədə siyasi proseslər başlayıb və mübarizənin bir mənası var. Mənim hansı müddət ərzində həbsdə qalmağım isə sizdən aslıdır”.
Bizim.Media