İstanbuldakı “Zara”dan götürdüyü paltarların pulunu ödəməmişdi - Sərbəst buraxıldı

İstanbuldakı “Zara”dan götürdüyü paltarların pulunu ödəməmişdi - Sərbəst buraxıldı

Hazırda oxunan: İstanbuldakı “Zara”dan götürdüyü paltarların pulunu ödəməmişdi - Sərbəst buraxıldı

586743

Bu ilin iyulunda İstanbuldakı “Zara” mağazasından paltar oğurlayarkən saxlanıldığı iddia olunan məşhur komediya ustası Cerys Nelmesin məhkəmə işi başa çatıb.

Bizim.Media xəbər verir ki, bu haqda “The Sun” nəşri məlumat yayıb.

Təxminən beş aydır həmin prosesə görə İstanbulda saxlanılan Nelmes sərbəst buraxılıb.

Məhkəmə qərarı ilə səyahət qadağası götürülüb və o İngiltərəyə qayıdıb.
 

Xatırladaq ki, Nelmes İstanbulda olarkən 110 funt-sterlinq dəyərində paltarın (təxminən 400 AZN) ödənişini etmədən onları mağazadan çıxarmağa cəhd göstərmişdi.


Daha sonra isə ödənişi etməyi unutduğunu açıqlamışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO