Çörəkxananın sahibi Putinə “pirojki” göndərdi - VİDEO

Çörəkxananın sahibi Putinə “pirojki” göndərdi - VİDEO

Hazırda oxunan: Çörəkxananın sahibi Putinə “pirojki” göndərdi - VİDEO

586735

Lyubertsı vilayətindəki “Maşenka” çörəkxanasının sahibi Denis Maksimov Rusiya Prezidenti Vladimir Putinə “birbaşa xətt” proqramından sonra maraqlı hədiyyə yollayıb.

Bizim.Media xəbər verir ki, o, Putinə vitrin məhsullarını - “pirojki” və digər bişmiş məmulatlar göndərib.

Maksimov bildirib ki, həmin gün prezident üçün xüsusi məhsul bişirməyə vaxt olmayıb.
 

Ona görə çörəkxanada vitrin məhsulları seçilib: kələmli, kartoflu, soğanlı və yumurtalı “pirojki”, təzə çiyələk və albalı ilə hazırlanmış qat-qat və pendirli piroqlar: 


“Bu, bizim çörəkxanamız üçün böyük bir şərəfdir”.

O qeyd edib ki “Birbaşa xətt” proqramı saat 13:00-da başlayıb və bir neçə saat sonra prezidentə bişmiş məhsullar göndərilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO