Ermənistanda keçmiş nazirdən sonra onun gəlini də axtarışa verildi

Ermənistanda keçmiş nazirdən sonra onun gəlini də axtarışa verildi

Hazırda oxunan: Ermənistanda keçmiş nazirdən sonra onun gəlini də axtarışa verildi

58672

Ermənistanın keçmiş mədəniyyət naziri Asmik Poqosyanın gəlini çirkli pulların yuyulmasında ittiham olunur və axtarışa verilib.

Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, İstintaq Komitəsinin İrəvan şəhər istintaq idarəsinin ağır cinayətlərin istintaqı üzrə idarəsində həyata keçirilən prosessual hərəkətlər nəticəsində Ermənistan Respublikasının keçmiş mədəniyyət naziri, “Ermənistanın Xarici Ölkələrlə Mədəni Əlaqələr və Əməkdaşlıq Cəmiyyəti” ictimai təşkilatının sədr müavini Asmik Poqosyanın oğlunun həyat yoldaşı Françeska Kutrupinin cinayət yolu ilə əldə etdiyi əmlakın leqallaşdırılması üzə çıxıb. 

İstintaqın məlumatına görə, o, 2011-2014-cü illərdə Britaniya Virciniya adalarında ofşor zonada qeydiyyatdan keçmiş şirkətin direktoru olub.

O, ictimai təşkilatın sədri, vitse-prezidenti və rəyasət heyətinin üzvü, MMC-nin direktoru ilə qabaqcadan razılığa gələrək rəsmi sövdələşmə yolu ilə İrəvan şəhəri, Abovyan 3 ünvanında 526,9 kv. m ərazisi olan binanın və sahəsi 0,0467 hektar olan torpaq sahəsinin mənşəyini gizlədib.

Daha sonra o, sözügedən əmlakı satıb və onun hüquqlarını bir sıra şəxslərin və Britaniya Virciniya adalarında qeydiyyatdan keçən şirkətin adına keçirib.

Əldə edilmiş kifayət qədər sübutların cəminə əsasən, Ermənistanın keçmiş mədəniyyət nazirinin oğlunun həyat yoldaşı Françeska Kutrupi Ermənistan Cinayət Məcəlləsinin 190-cı maddəsinin 3-cü hissəsinin 1-ci bəndi ilə ittiham olunub. O, axtarışda olanlar siyahısına salınıb. Həbs qətimkan tədbiri seçilib. 
Xatırladaq ki, Robert Köçəryan və Serj Sarkisyanın prezidentliyi dövründə Ermənistanın keçmiş mədəniyyət naziri Asmik Poqosyan ötən ilin dekabrında axtarışa verilib və qiyabi həbs olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO