Türkiyənin milli müdafiə naziri Yaşar Gülər 15 dekabr tarixində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 təyyarələri tərəfindən vurulan Rusiyaya məxsus pilotsuz uçuş aparatının (PUA) nəzarətdən çıxaraq Türkiyə ərazisinə daxil olduğunu bildirib.
Bizim.Media xəbər verir ki, nazir PUA ilə bağlı araşdırmaların davam etdiyini qeyd edib:
“15 dekabr tarixində F-16 təyyarələrimiz tərəfindən vurularaq salınan PUA aşkarlanması çətin olan bir hava vasitəsi idi. Onu vaxtında aşkar edən əməkdaşlarımıza təşəkkür etmək istəyirəm.
Rusiya–Ukrayna müharibəsi səbəbilə Qara dənizdə pilotsuz uçuş aparatları (PUA) və pilotsuz dəniz vasitələri (PDV) intensiv şəkildə istifadə olunur. Bizim vurduğumuz PUA da nəzarətdən çıxmış bir hava vasitəsi idi”, – deyə nazir bildirib.
Qeyd olunub ki, PUA-nın qalıqları tapıldıqdan sonra ətraflı araşdırma aparılacaq və nəticələr barədə ictimaiyyətə məlumat veriləcək.
Bizim.Media
































































































