Gürcüstan 60-dan artıq azərbaycanlı tələbəyə dövlət təqaüdü AYIRDI

Gürcüstan 60-dan artıq azərbaycanlı tələbəyə dövlət təqaüdü AYIRDI

Hazırda oxunan: Gürcüstan 60-dan artıq azərbaycanlı tələbəyə dövlət təqaüdü AYIRDI

586548

Gürcüstanda 60-dan artıq azərbaycanlı tələbə dövlət təqaüdünə layiq görülüb.

Bizim.Media xəbər verir ki, bu münasibətlə ölkədə təhsil alan, dövlət təqaüdünə layiq görülən azərbaycanlı tələbələrlə Tbilisidə görüş keçirilib.

Gürcüstanın müxtəlif dövlət universitetlərində təhsil alan bu tələbələr təhsildə əldə etdikləri yüksək nailiyyətlərə görə dövlət təqaüdü ilə mükafatlandırılıb.
 

Gürcüstan Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə M.F. Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində keçirilən görüşdə mükafatlandırma mərasimi keçirilib. Tədbirdə təqaüd qazanan tələbələrə sertifikatlar təqdim olunub, onların təhsil sahəsindəki uğurları yüksək qiymətləndirilib.


Mərasimdə çıxış edənlər gənclərin elmi və akademik nailiyyətlərinin gələcəkdə Gürcüstan–Azərbaycan əlaqələrinin inkişafına töhfə verəcəyini vurğulayıb, tələbələrə təhsillərində daha böyük uğurlar arzulayıblar.

Qeyd olunub ki, belə tədbirlər gənclərin motivasiyasının artırılmasına, eləcə də Gürcüstanda yaşayan azərbaycanlı icmasının təhsil sahəsində fəallığının təşviqinə xidmət edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO