Ukrayna Rusiyanın iki "Su-27" qırıcısını vurdu – FOTO

Ukrayna Rusiyanın iki "Su-27" qırıcısını vurdu – FOTO

Hazırda oxunan: Ukrayna Rusiyanın iki "Su-27" qırıcısını vurdu – FOTO

586546

Ukrayna Təhlükəsizlik Xidməti Krımdakı Belbek hərbi aerodromunda Rusiyaya məxsus iki "Su-27" qırıcısını vurub.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, təyyarələrdən biri tam yüklənmiş və döyüş tapşırığına hazır vəziyyətdə olub. Hər iki təyyarənin təxmini dəyəri 70 milyon dollardır.
 

Dispetçer qülləsinə dəyən ziyan da təsdiqlənib. Bu da göstərilən aerodromda uçuşların təşkilini və idarə olunmasını çətinləşdirə bilər.


"Bu, son günlərdə Belbek aerodromuna edilən ikinci uğurlu hücumdur. Dekabrın 18-də Xidmətin dronları bu aerodromda yüz milyonlarla dollar dəyərində Rusiya avadanlığını məhv edib.

Bu avadanlıqlar iki Nebo-SVU radarı, S-400 Triumph hava hücumundan müdafiə sistemindən 92N6 radarı, Pantsir-S2 hava hücumundan müdafiə sistemi və tam təchizatlı sursatla təchiz olunmuş MiQ-31 təyyarəsi olub", - deyə məlumatda qeyd olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO