Bu gün İsveç Xarici İşlər Nazirliyi İranda İsveç vətəndaşının həbs edildiyini rəsmən təsdiqləyib.
Bizim.Media "Tabnak" nəşrinə xəbər verir ki, nazirlik məsələ ilə bağlı əlavə detallar, o cümlədən saxlanılan şəxsin kimliyi barədə məlumat verməyib.
Açıqlamada bildirilib ki, İsveçin Tehrandakı səfirliyi həbs olunan şəxsin ailəsi ilə əlaqə saxlayır və həmin şəxsin məhkəmədə özünü müdafiə etməsi üçün vəkilinin olduğu qeyd olunub. Xarici İşlər Nazirliyi konsulluq qaydalarına istinad edərək əlavə məlumatın açıqlanmayacağını bildirib.
Dünən İranın Məhkəmə-Ədliyyə Sisteminin sözçüsü Əsğər Cahangir ikili vətəndaşlığı olan həmin şəxs barəsində hökmün tezliklə açıqlanacağını bildirib. O, İsrail kəşfiyyatına casusluq etməkdə ittiham olunur.
Bizim.Media



































































































