Ermənistan prezidentliyinə müxalifətin namizədi olacaqmı? - DETALLAR

Ermənistan prezidentliyinə müxalifətin namizədi olacaqmı? - DETALLAR

Hazırda oxunan: Ermənistan prezidentliyinə müxalifətin namizədi olacaqmı? - DETALLAR

58594

Müxalifət bu yaxınlarda boş qalan Ermənistan prezidenti postuna öz namizədini irəli sürməmək qərarına gəlib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Hraparak” qəzeti yayıb.

Nəşr qeyd edir ki, Armen Sarkisyanın istefasından dərhal sonra başlayan uzun-uzadı müzakirələr nəticəsində müxalifətin “hakimiyyətin irəli sürdüyü proqramların legitimləşdirilməsi ilə bağlı ittihamlardan qaçmaq üçün həmişə fəaliyyətsiz qalmağa üstünlük verən” qanadı qalib gəlib.

Xüsusilə, qəzetin yazdığına görə, Andranik Tevanyan və Artur Qazinyan öz namizədliklərinin irəli sürülməsinə qarşı çıxıblar.
Mənbə müxalifət bloklarının bu gün birgə bəyanatla çıxış edəcəyini də iddia edir.

Xatırladaq ki, Ermənistan prezidenti Armen Sarkisyan yanvarın 23-də istefa verdiyini açıqlayıb. Əsas səbəb kimi o, dövlət başçısının xarici və daxili siyasətin fundamental proseslərinə təsir etməyə imkan verməyən lazımi səlahiyyətlərinin olmadığını göstərib. Fevralın 1-dən prezidentin səlahiyyətlərini parlamentin sədri Alen Simonyan icra edir.

Yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçatryan hakim partiyadan prezidentliyə namizəd olub.

Erkən seçkilər Armen Sarkisyanın istefasından sonra 25 gündən tez, 35 gündən gec keçirilməməlidir. Prezidentin istefası fevralın 1-də rəsmi olaraq təsdiqlənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO