Bu səhər Tehranın Lalehzar küçəsində yerləşən tərk edilmiş kinoteatrda güclü yanğın baş verib. Alov qısa müddətdə genişlənərək “Comhuri” küçəsinə qədər yayılıb.
Bizim.Media xəbər verir ki, hadisə yerinə cəlb olunan yanğınsöndürmə qüvvələri çətin şəraitə baxmayaraq, operativ müdaxilə nəticəsində yanğının böyük hissəsini ram ediblər.
Məlumata görə, hazırda yanğın nəzarət altına alınıb və xilasedicilər kəşfiyyat və təhlükəsizlik tədbirlərini davam etdirirlər.
İlkin məlumatlara əsasən, yanğın nəticəsində ölən və ya xəsarət alan olmayıb. Yanğının başvermə səbəbləri araşdırılır. (ISNA)
Bizim.Media
































































































