Paşinyan etirazçılardan qorxaraq Sünikə helikopterlə gəldi

Paşinyan etirazçılardan qorxaraq Sünikə helikopterlə gəldi

Hazırda oxunan: Paşinyan etirazçılardan qorxaraq Sünikə helikopterlə gəldi

5854

Ermənistanın Baş naziri Nikol Paşinyan Sünikdədir. O, əraziyə vertolyotla gəlib.

Bizim.Media ''Sputnik Armenia''ya istinadla xəbər verir ki, Sünik sakinlərini yolu bağlayaraq, Paşinyanın bölgəyə girişini əngəlləməyə çalışsalar da, Baş nazir əraziyə daxil ola bilib.

MÖVZU İLƏ BAĞLI:

Etirazçılar Paşinyanın kortejini dayandırmaq istədilər

Sünik sakinləri başları üzərində vertolyotun hərəkət etdiyini müşahidə ediblər.

“Bu odur, başqa kim olacaq?! Üstümüzdən uçmaq istəyir”, - deyə sakinlər qışqıraraq “Nikol xaindir” şüarını səsləndiriblər.

Hazırda Paşinyanın Sünik bölgəsinin yaşayış məntəqələrini ziyarət etdiyi və yerli sakinlərlə görüşdüyü bildirilir.

“Dürüst bir insansansa, həqiqətən insanlara yaxınsansa, niyə polislə gəzirsən? Çıx, insanlarla danış”, - deyə etirazçılardan biri Paşinyana müraciət edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO