İstanbula səfər edən ermənilərin hava limanındakı GÖRÜNTÜLƏRİ 

İstanbula səfər edən ermənilərin hava limanındakı GÖRÜNTÜLƏRİ 

Hazırda oxunan: İstanbula səfər edən ermənilərin hava limanındakı GÖRÜNTÜLƏRİ 

58514

Ermənistan aviaşirkətinin Türkiyəyə ilk uçuşu yanvarın 2-də baş tutub. Artıq bu gün Türkiyə aviaşirkəti “Pegasus” əks istiqamətdə 30-dan çox insanı Ermənistan paytaxtına çatdırıb. 

Bizim.Media “Sputnik Armenia”ya istinadla xəbər verir ki, türk aviaşirkəti son iki ildə ilk dəfə İstanbul-İrəvan reysi həyata keçirib. 

Ermənistan vətəndaşlarının İstanbul hava limanındakı görüntüləri ilə bağlı video paylaşılıb. 

Görüntülərdə sərnişinlərin İstanbul hava limanında qeydiyyatdan keçməsi əks olunub. Onların bəziləri Ermənistanla Türkiyə arasında birbaşa uçuşların bərpası ilə bağlı fikirlərini bildiriblər. 
Qeyd edək ki, Ermənistanla Türkiyə arasında iki illik fasilədən sonra ilk dəfə olaraq birbaşa uçuşlar bərpa edilib.

İlk uçuşu bir gün əvvəl Ermənistanın “FlyOne Armenia” aviadaşıyıcısı həyata keçirib. Təyyarənin göyərtəsində 65 sərnişin olub. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO