Azərbaycan və Ermənistan arasında dəmir yolu xəttinin tikintisi başlayır – Paşinyan təsdiqlədi 

Azərbaycan və Ermənistan arasında dəmir yolu xəttinin tikintisi başlayır – Paşinyan təsdiqlədi 

Hazırda oxunan: Azərbaycan və Ermənistan arasında dəmir yolu xəttinin tikintisi başlayır – Paşinyan təsdiqlədi 

58438

“Azərbaycan və Ermənistan Rusiyanın vasitəçiliyi ilə dəmir yolunun tikintisinə və bərpasına başlanılmasına çox yaxındır. Bu da regionda kommunikasiyalarının açılması deməkdir”.   

Bizim.Media Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.  

"Bildiyiniz kimi, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk və "Rusiya Dəmir Yolları" QSC-nin baş direktoru Oleq Belozerov dünən İrəvana işgüzar səfərə gəliblər.

Onlar baş nazirin müavini Mher Qriqoryanla görüşüblər. Vurğulamaq istəyirəm ki, biz ilk praktiki işlərin qeydə alınmasına çox yaxınıq. Dünənki iclas Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun tikintisinin başlanmasına həsr olunub”, - deyə Paşinyan bildirib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO