“Türkiyə ilə normallaşma Azərbaycanla sərhəddəki vəziyyətə müsbət təsir göstərəcək” – Ermənistan XİN 

“Türkiyə ilə normallaşma Azərbaycanla sərhəddəki vəziyyətə müsbət təsir göstərəcək” – Ermənistan XİN 

Hazırda oxunan: “Türkiyə ilə normallaşma Azərbaycanla sərhəddəki vəziyyətə müsbət təsir göstərəcək” – Ermənistan XİN 

58433

Problemlərin həlli və münasibətlərin normallaşması regiona və ümumilikdə proseslərə həmişə müsbət təsir göstərir. 

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri jurnalistlərə müsahibəsində bildirib. 

Ararat Mirzoyan hesab edir ki, Türkiyə ilə münasibətlərin normallaşması Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə müsbət təsir göstərəcək.  

"Problemlərin həlli və münasibətlərin normallaşması həmişə bütün regiona və gedən proseslərə müsbət təsir göstərir. Bəzən məsələlərə ayrıca baxmağa dəyər, amma onlar arasındakı münasibətlər də nəzərə alınmalıdır", - Mirzoyan deyib. 

Eyni zamanda, Mirzoyan Ermənistan tərəfinin Türkiyədə Antalya Forumunda iştirakına münasibət bildirib.

O, qərarın qəbulu üçün son tarix olmadığını və İrəvanın öz qərarı ilə bağlı dəvət edən tərəfə vaxtında məlumat verəcəyini bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO