Tanınmış müğənni Afət Fərmanqızının əri, hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən Mamed Nanacanov sərbəst buraxılıb.
Bizim.Media xəbər verir ki, M.Nanacanov araşdırma müddəti ərzində 48 saat saxlanıldıqdan sonra azadlığa çıxıb. Hazırda Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə başlanan cinayət işinin istintaqı davam etdirilir.
MÖVZU İLƏ BAĞLI:
Afət Fərmanqızının ərinin həbs edilmə səbəbi bəlli oldu – VİDEO/YENİLƏNİB
Qeyd edək ki, müğənninin əri Mamed Nanacanov vətəndaş Vaqif İsayevə hədə-qorxu gələrək ondan 200 min dollar tələb etməkdə ittiham olunur.
Yeri gəlmişkən, öz geyimini sosial şəbəkə hesabında reklam edən Afət Fərmanqızı videonun həyat yoldaşı tərəfindən çəkildiyini qeyd edib.
Bizim.Media