Paşinyandan yeni Konstitusiya ilə bağlı daha bir AÇIQLAMA

Paşinyandan yeni Konstitusiya ilə bağlı daha bir AÇIQLAMA

Hazırda oxunan: Paşinyandan yeni Konstitusiya ilə bağlı daha bir AÇIQLAMA

583855

Ermənistan hakimiyyəti xalqın səsverməsinə çıxarılacaq yeni Konstitusiya təqdim etməyi planlaşdırır.

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

“Biz Ermənistan Respublikasının xalqına yeni Konstitusiya təklif etməyi planlaşdırırıq və xalq bu barədə qərar vermək imkanı əldə edəcək”, — deyə baş nazir bildirib.

Paşinyanın sözlərinə görə, yeni Konstitusiya hazırlanarkən dövlətin inkişaf və dayanıqlıq gündəliyi əsas diqqət mərkəzində olmalıdır.

O qeyd edib ki, istənilən Konstitusiya dövlətin inkişafı üçün lazımi “aerodinamikanı” təmin etməli və Ermənistanda da məhz bu həyata keçirilməlidir.

Müşahidəçilərin fikrincə, Ermənistan Konstitusiyasının dəyişdirilməsi prosesi Bakının tələbləri ilə birbaşa əlaqəlidir. Belə ki, hazırkı Konstitusiyanın preambulasında Azərbaycana qarşı ərazi iddiası xarakteri daşıyan müddəalar mövcuddur. Bu bəndlər 1990-cı illərin əvvəllərində qəbul edilmiş sənəddə “Dağlıq Qarabağın Ermənistanla birləşməsinə” eyham vuran ifadələrlə öz əksini tapıb.

Azərbaycan tərəfi uzun müddətdir ki, məhz bu müddəaların aradan qaldırılmasını və İrəvanın ərazi iddialarından tam imtina etməsini danışıqlar prosesinin əsas şərtlərindən biri kimi irəli sürür. Ermənistan hakimiyyətinin Konstitusiyanın yenilənməsi ilə bağlı son addımları da beynəlxalq ekspertlər tərəfindən Bakının bu tələbini yerinə yetirməyə yönəlmiş proses kimi qiymətləndirilir. (Mənbə: Novosti Armeniya”)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO