Etirazçılar Paşinyanın kortejini dayandırmaq istədilər

Etirazçılar Paşinyanın kortejini dayandırmaq istədilər

Hazırda oxunan: Etirazçılar Paşinyanın kortejini dayandırmaq istədilər

5832

Ermənistanın  Sünik bölgəsinin bir qrup sakini Baş nazir Nikol Paşinyanın bölgəyə səfərinə mane olmağa çalışaraq etiraz mitinqi keçirirlər. 

Bizim.Media Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu gün səhər tezdən bir qrup Sünik sakini Paşinyanın kortejini dayandırmaq istəyiblər. Bunun üçün onlar “Sünik qapısı” adlanan bölgənin girişinə toplaşmaq üçün yola çıxıblar. Lakin polis bu cəhdin qarşısını alıb. 

“Qərarımız Paşinyanın Sünikə girməsinə icazə verməmək üçün Sünik Qapısına çatmaqdır”,- deyə etirazçılardan biri qeyd edib.

Qeyd edək ki, daha əvvəl Paşinyan Sünik bölgəsinə - Mehri, Qafan, Gorus, Sisian şəhərlərinə səfər edəcəyini açıqlamışdı.

Bundan sonra isə Gorus şəhərinin meri Aruş Aruşanyan sakinləri   Nikol Paşinyanın Sünikə gəlişinə mane olmağa səsləmişdi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO