Vladimir Solovyovu zəhərli pizza ilə öldürmək istəyiblər?

Vladimir Solovyovu zəhərli pizza ilə öldürmək istəyiblər?

Hazırda oxunan: Vladimir Solovyovu zəhərli pizza ilə öldürmək istəyiblər?

582502

2-ci Qarabağ Müharibəsi zamanı və ondan sonra daima Ermənistanı dəstəkləyən, Azərbaycana qarşı iftiralar yağdıran rusiyalı teleaparıcı Vladimir Solovyovu zəhərli pizza ilə öldürməyə cəhd ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya TASS-ın müxbiri tərəfindən Rusiya İkinci Qərb Hərbi Dairə Məhkəməsinin iclas zalından verilib.

Məhkəmə iclasında iş üzrə təqsirləndirilənlərdən biri — Andrey Pronskinin mənzilində gizli şəkildə yazılmış audiofayl tapılıb. 

Səs yazısında Pronski digər iştirakçılar — Vladimir Belyakov və digərlərinə planı belə izah edir:

“Əvvəlcə Solovyovun ünvanını müəyyənləşdiririk, sonra ‘Yandex.Eda’ vasitəsilə etdiyi sifarişi izləyirik, sifarişi ələ keçirib ona zəhərli pizza veririk”.
 

Söhbət zamanı başqa bir plan da müzakirə olunub — zəhərləyici maddələrin maşının sükanına və salonun digər hissələrinə çəkilməsi. Lakin bu üsulun etibarsız olduğu qərarlaşdırılaraq zəhərləmə fikrindən imtina edilib.


Nəticədə təqsirləndirilənlər teleaparıcının Ukrayna Təhlükəsizlik Xidmətinin köməyi ilə onun avtomobilini partlatmağa qərar veriblər.

Pronski məhkəmədə bildirib ki, səs yazısı guya montaj edilib. Belyakov isə Solovyova qarşı siyasi nifrət bəslədiyini etiraf edib, onun avtomobilini yandırmaq üçün izlədiyini, amma öldürmək niyyəti olmadığını söyləyib.

Məhkəmə qarşısına Andrey Pronski, Timofey Mokiy, Vladimir Belyakov, Vladimir Stepanov, Maksim Drujinin, Andrey Volkov və Denis Abrarov çıxarılıblar.

Daha bir təqsirləndirilən Vladimir Strijakov anlaqsız vəziyyətdə hesab edilib və məcburi müalicəyə göndərilib.
 

İttihama əsasən, onlar terror təşkilatının fəaliyyətini təşkil etməkdə, terrorçuluğa açıq çağırışlarda, nifrət və düşmənçilik salmaqda, qanunsuz silah və sursat dövriyyəsində, partlayıcı maddələrin daşınması və istifadəsində, əmlakı qəsdən məhv etməkdə, terror aktında, qətl hazırlığında və narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilirlər.


Prokurorluğun versiyasına görə, sui-qəsdin təşkilatçısı Pronskidir. O, Ukrayna Müdafiə Nazirliyinin QUR əməkdaşlarından Telegram vasitəsilə tapşırıqlar alıb.

Məlumata əsasən, həmin şəxslərdən biri - Deriqlazov 4 aprel 2022-ci ildə Pronskiyə maddi vəd qarşılığında Vladimir Solovyova sui-qəsd təşkil etməyi təklif edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO