Türkiyəli jurnalist Fatih Altaylı 4 il 2 ay həbs cəzasına məhkum edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Belə ki, iyunun 22-də saxlanılan 63 yaşlı Altaylı bu gün ikinci dəfə hakim qarşısına çıxarılıb.
Prokuror onun barəsində 5 il həbs cəzası istəsə də, məhkəmənin qərarı ilə Fatih Altaylı 4 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Altaylı Prezidenti təhdid etməkdə ittiham olunur.
Bizim.Media































































































