Türkiyə Böyük Millət Məclisi (TBMM) Şuşa Bəyannaməsini müzakirə edəcək.
Bizim.Media xəbər verir ki, “Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə” qanun layihəsi TBMM-ə daxil olub.
Xatırladaq ki, bu gün Azərbaycan Milli Məclisinin plenar iclasında “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.
MÖVZU İLƏ BAĞLI:
Şuşa Bəyənnaməsi ilə bağlı VACİB İŞLƏR görülür - Müdafiə naziri açıqladı - VİDEO
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.
Beləliklə, Milli Məclis “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsini təsdiq edib.
Bizim.Media