Türkiyənin milli müdafiə naziri Hulusi Akar azərbaycanlı həmkarı Zakir Həsənovla birgə mətbuat konfransı keçirib.
Bizim.Media TRT-yə istinadən xəbə verir ki, müdafiə nazirləri bir sıra maraqlı açıqlamalar veriblər.
Şuşa Bəyannaməsindən danış H.Akar bildirib ki, sözügedən sənəd Azərbaycan-Türkiyə münasibətlərində önəmli yer turur.
MÖVZU İLƏ BAĞLI:
Müdafiə naziri Ankarada ulu öndərin abidəsini ziyarət etdi - FOTO
"Şuşa Bəyannaməsi yolumuzu və strategiyamızı müəyyən edən bir sənəddir. Bu sənəd istiqamətində apardığımız işlər var.
Hərbi təlim və əməkdaşlıqla bağlı araşdırmalarımız davam edir. Araşdırmalarla müdafiə sənayesi və silahlı qüvvələrimizin təchizatı ilə bağlı nələr edə biləcəyimizi müzakirə edəcəyik. Bu mövzularda mühüm addımlar atmışıq və atmaqda da davam edirik”, - deyə H.Akar bildirib.
Oral Mədənçi, Bizim.Media