Türkiyə Sakarya şəhərində hicama proseduru etdirən kişinin üzündə şişkinliklər yaranıb.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna baxmayaraq, kişi hicama prosedurunu tərifləyib və başqalarına da bu proseduru etdirmələrini tövsiyə edib:
“Sakaryada çox peşəkar hicama ustaları var, hamıya tövsiyə edirəm. Mən də etdirdim”, -deyə sosial mediada paylaşdığı video diqqət çəkib.
Ənənəvi müalicə üsulu olan hicama sonrası üz bölgəsində şişkinliklərə baxmayaraq, şəxsin etdiyi şərhlər izləyənləri təəccübləndirib.
Video qısa müddətdə sosial mediada yayıldı və diqqət çəkdi.
Bizim.Media
































































































