Penza və Saratov hava limanlarında müvəqqəti məhdudiyyətlər aradan qaldırılıb. Hər iki hava limanı yenidən reysləri qəbul etməyə və həyata keçirməyə başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rosaviatsiya nümayəndəsi Artyom Korenyako "Telegram" kanalında məlumat verib.
“Hava gəmisinin qəbuluna və buraxılmasına qoyulan məhdudiyyətlər götürülüb”, — deyə paylaşımda bildirilir.
Bundan əvvəl Rosaviatsiya nümayəndəsi Tambov hava limanında müvəqqəti məhdudiyyətlərin aradan qaldırıldığını məlumat vermişdi.
Bizim.Media































































































