İran bir neçə gün əvvəl Hörmüz boğazında ələ keçirdiyi "Talara" tankerini 21 nəfər heyət üzvü ilə bərabər bu gün azad edib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı "Associated Press" agentliyi yayıb.
Kiprdə yerləşən "Columbia Shipmanagement" şirkəti heyətin təhlükəsiz və yaxşı əhvali-ruhiyyədə olduğunu bildirib.
"Biz onların ailələrini məlumatlandırdıq və indi gəmi normal fəaliyyətini davam etdirə bilər", - deyə şirkətdən bildiriblər.
Xatırladaq ki, İran qüvvələri noyabrın 14-də Marşal adaları bayrağı altında üzən, Əcman (BƏƏ) limanından Sinqapura istiqamət götürən "Talara" tankerini strateji əhəmiyyətli Hörmüz boğazından keçərkən öz ərazi sularına yönləndiriblər.
Bizim.Media






























































































