Simonyanın ETİRAFI: Azərbaycanın bu əraziləri bizim nəzarətimizdədir

Simonyanın ETİRAFI: Azərbaycanın bu əraziləri bizim nəzarətimizdədir

Hazırda oxunan: Simonyanın ETİRAFI: Azərbaycanın bu əraziləri bizim nəzarətimizdədir

580876

Ermənistan parlamentinin sədri Alen Simonyan ölkə mediasında ciddi rezonans doğuran növbəti etirafı səsləndirib.

Bizim.Media xəbər verir ki, o, “ArmComedy” podkastına müsahibəsində Ermənistanın bir sıra sahələrdə ümumilikdə 110 kv.km Azərbaycan ərazisini nəzarətdə saxladığını bildirib.

Simonyan bu sözləri açıq şəkildə deyib:

“Xəritədə yerləri göstərim?! Deyirəm ki, təxminən 110 kv.km biz onların ərazisindəyik (məsələn, Tavuş istiqamətində). Təxminən 200 kv.km – onlar bizim ərazimizdə. Rəsmi şəkildə deyirəm ki, hətta 90-cı illərdən bəri irəlidə olduğumuz yerlər də var”.

Xatırladaq ki, Ermənistan Azərbaycanın 4 kəndini indiyədək işğalda saxlayır. Hələ söhbət keçmiş SSRİ rəhbərliyinin Ermənistana hədiyyə etdiyi torpaqlardan getmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO