Azyaşlını maşınla vurub heç nə olmamış kimi yoluna davam etdi - VİDEO

Azyaşlını maşınla vurub heç nə olmamış kimi yoluna davam etdi - VİDEO

Hazırda oxunan: Azyaşlını maşınla vurub heç nə olmamış kimi yoluna davam etdi - VİDEO

580702

Türkiyəli aktrisa Mina Dermanın çiçək satan bir uşağı avtomobili ilə vuraraq hadisə yerindən uzaqlaşdığı ilə bağlı xəbərlər yayılıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
 

Belə ki, İstanbulun Bebek rayonunda Dermanın avtomobili ilə jurnalistləri gördükdən sonra sürətlə uzaqlaşması və azyaşlı uşağın yerə yıxılması görüntülərdə öz əksini tapıb. Sözügedən hadisə sosial mediada geniş müzakirələrə səbəb olub.


Lakin Mina Derman sosial şəbəkə hesabından yaydığı açıqlamada iddiaları təkzib edib:

“Hər hansı avtomobillə vurma və ya qaçma hadisəsi baş verməyib. Həmin an yanımızda olan jurnalistlər də bunu gördü. Uşaq avtomobilin arxasınca qaçarkən özü qəfil maşına dəydi və yıxıldı. Ona baxanda gördüm ki, artıq ayağa qalxıb qaçır”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO