Xəbər verdiyimiz kimi Xorvatiyaya planlı təmir üçün gedən Türkiyəyə məxsus yanğınsöndürmə təyyarəsi qəzaya uğrayıb, pilot şəhid olub.
MÖVZU İLƏ BAĞLI:
Türkiyədən ÜZÜCÜ XƏBƏR: Daha bir təyyarə qəzaya uğradı, ölən var
Bizim.Media xəbər verir ki, Türkiyə Kənd Təsərrüfatı Nazirliyi bununla bağlı bəzi təfərrüatlar açıqlayıb.
Bildirilib ki, Türkiyədən iki Air Tractor AT-802 təyyarəsi ötən gün Çanakkaledən Zaqrebə texniki baxış üçün uçub:
“Hava şəraiti səbəbindən gecəni Riyekada keçiriblər, səhər isə uçuşu davam etdirməyə çalışıblar — lakin geri dönməli olublar. Bir təyyarə normal eniş edib, digəri isə Türkiyə vaxtı ilə 18:25-də əlaqəni itirib. Türkiyə Kənd Təsərrüfatı Nazirliyi dərhal Xorvatiya xilasediciləri ilə birgə axtarışa başlayıb”.
Yerli KİV-lərin məlumatına görə, təyyarə Senj şəhəri yaxınlığında, Kravi-Put ərazisində qəzaya uğrayıb. Qalıqlar yanıb, təyyarədə tək olan pilot həlak olub.
Bizim.Media






























































































