Rusiyada fəaliyyət göstərən azərbaycanlı repçi Navai (Nəvai Bəkirov) sosial şəbəkələrdə yayılan görüntüləri müzakirələrə səbəb olub.
Bizim.Media xəbər verir ki, Bakı ilə bağlı mahnı ifa edən repçi paytaxtımızın adını çəkərkən ədəbsiz hərəkətlər edib.
Onun bu davranışı yüzlərlə soydaşımız tərəfindən tənqid edilib. Bundan təlaşa düşən Nəvai görüntülərin montaj olduğunu iddia edib:
MÖVZU İLƏ BAĞLI:
Rusiyada azərbaycanlı duetin mahnısı ilin ən yaxşı treki seçildi - VİDEO
“Görürəm ki, kimsə hər növ montaj işləri görərək mənim adımı qaralamağa, mənə çirkab atmağa çalışır".
Repçi əlavə edib ki, onu tanıyan bütün insanlar Azərbaycanı necə sevdiyini bilirlər:
"Bütün adekvat insanlar mənim Vətənimə, qan qardaşlarıma və bacılarıma münasibətimi bilirlər. Dünyanın harasında olmağımdan asılı olmayaraq, hər birinə həyatımı verərəm".
Bizim.Media