Paşinyan hakim partiyanın üzvlərinə boşanmağı qadağan etdi

Paşinyan hakim partiyanın üzvlərinə boşanmağı qadağan etdi

Hazırda oxunan: Paşinyan hakim partiyanın üzvlərinə boşanmağı qadağan etdi

580336

Ermənistanın baş naziri Nikol Paşinyan “Vətəndaş Müqaviləsi” partiyasının üzvlərinə boşanmağı qadağan edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Qraparak” qəzeti yazıb.

Nəşrin məlumatına əsasən, partiya üzvlərindən biri Paşinyana həyat yoldaşından ayrılıb yeni həyata başlamaq istədiyini bildirib.

Paşinyan isə buna icazə verməyib və qərarını belə əsaslandırıb: “Partiyada artıq boşanma limiti tükənib, bundan sonra heç kim boşana bilməz, çünki bu, cəmiyyətin gözündə partiyanın imicinə zərər vura bilər.”

Xatırladaq ki, bu ilin yay aylarında Ermənistan parlamentinin spikeri Alen Simonyan və onun həyat yoldaşı, jurnalist Mariam Marqaryan boşanmaq üçün ərizə vermişdilər. Qanuna əsasən, onlara boşanma prosesini yekunlaşdırmaq üçün bir neçə aylıq müddət ayrılmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO