Alen Simonyanı təhqir edən blogerlər belə saxlanıldı - VİDEO

Alen Simonyanı təhqir edən blogerlər belə saxlanıldı - VİDEO

Hazırda oxunan: Alen Simonyanı təhqir edən blogerlər belə saxlanıldı - VİDEO

580319

Bu səhər İrəvanda yerli podkast aparıcıları Narek Samsonyan və Vazgen Saqatelyan saxlanılıblar.

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, Samsonyan və Saqatelyan parlamentin spikeri Alen Simonyanla mübahisə etmişdilər.

Onlar Simonyanı tənqid etmiş, o isə cavab olaraq onları açıq şəkildə “it oğlu” adlandırmışdı.

Podkast aparıcıları borclu qalmayıb növbəti buraxılışlarında Simonyana cavab veriblər. Söhbətdə söyüş olmasa da, Simonyan özünü təhqir olunmuş hiss edib və polisə müraciət edərək blogerləri təhqir və hədələrlə günahlandırıb.

Nəticədə səhər tezdən hər ikisinin evinə və ofisinə OMON gəlib, axtarışlar aparılıb.

Erməni KİV-ləri isə yazır ki, bəlkə də məsələ Simonyanda deyil. Bəzi məlumatlara görə, həmin qalmaqallı 7 saatlıq buraxılışı şəxsən Nikol Paşinyan dinləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO